Tarverdi Məmmədov zəngilanlı iş adamına necə divan tutub?

17-11-2015, 01:09           
Tarverdi Məmmədov zəngilanlı iş adamına necə divan tutub?
Sabiq MTN rəhbərliyində təmsil olunan şəxslərdən biri, vaxtiylə MTN-nin Sumqayıt Şəhər İdarəsinin rəhbəri vəzifəsində çalışan, baş idarə rəisi Tarverdi Məmmədovla bağlı Moderator.az saytına özəl mənbədən maraqlı informasiya daxil olub.
T.Məmmədovun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bəzi iş adamlarına divan tutduğuna diqqət çəkən mənbə, onun Hacı Namaz adlı zəngilanlı iş adamından 1 milyon 500 manat məbləğində pul aldığını vurğulayıb:
“T.Məmmədov MTN-nin Sumqayıt Şəhər İdarəsinin rəisi vəzifəsində çalışdığı zaman şəhərdəki iş adamları haqqında ətraflı məlumata sahiblənib, bundan sonra həmin şəxslərə hədə-qorxu gələrək onlardan milyonlarla manat vəsait qoparıb.
T.Məmmədovun zavalına gələn iş adamlarından biri də zəngilanlı iş adamı, Sumqayıtda təkər alqı-satqısı ilə məşğul olan Hacı Namaz adlı sahibkar olub. T.Məmmədov bu şəxsi müxtəlif üsul və vasitələrlə sıxışdıraraq ondan 1 milyon 500 min manat məbləğində pul alıb ki, bundan sonra zəngilanlı iş adamı faktiki olaraq müflis vəziyyətə düşüb.
Hazırda “MTN işi” çərçivəsində həyata keçirilən araşdırmalar fonunda digər generallarla yanaşı, T.Məmmədovla bağlı da konkret şikayətlərin araşdırılması həyata keçirilir ki, bu araşdırmalar fonunda adıçəkilən MTN generalının digər əməllərinin də meydana çıxacağı şəksizdir”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.