Vergilər Nazirliyində həbslər başladı - "MTN işi"...

17-11-2015, 17:59           
Vergilər Nazirliyində həbslər başladı - "MTN işi"...
Hüquq mühafizə orqanlarının əməkdaşları hal hazırda Vergilər Nazirliyində yoxlamalara başlayıblar. Bu barədə bizə özəl mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, prokurorluq və polis orqanlarının əməkdaşlarının apardıqları yoxlamaların konkret olaraq nə ilə bağlı olduğu hələlik məlum deyil. Amma qısa müddət ərzində Vergilər Nazirliyinin bir neçə əməkdaşı həbs olunub.

Xatırladaq ki, MTN olaylarının ilk günlərində Vergilər Nazirliyinin generalı həbs olunmuşdu. Ardından bu nazirliyin rəhbəri Fazil Məmmədovun işdən çıxarıldığı xəbəri yayıldı. Düzdür, bu məlumat təsdiqlənmədi. Amma bir gün arayla belə bir informasiya da yayıldı ki, Fazil Məmmədovun müavinlərindən biri həbs olunub. Baş verənlərdən belə anlaşılır ki, MTN işiylə əlaqədar proseslər artıq Vergilər Nazirliyinə də sıçrayıb. jam/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru