"MTN işi" Gəncəyə sıçradı: ATS-in rəhbəri 3 milyonu necə itirib? - İndi də borc axtarır...
17-11-2015, 18:38
Az əvvəl məlumat verərək bildirmişdik ki, bir müddət əvvəl işdən azad edilərək, sonra da həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun daha bir yaxın adamı ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, həmin şəxs rəisi Əli Hüseynovdur.
Məlumatlarda deyilir ki, MTN işi ilə əlaqədar istintaq aparaq qurumun nümayəndələri artıq Gəncə TKQ-da baş verənləri də araşdırmaq üçün son hazırlıqlara başlayıb. Məlumatlı mənbənin sözlərinə görə, Əli Hüseynovun ilk olaraq həfdə gəlməsinin səbəbi isə onun Vidadi Zeynalovla çox yazın olması ilə yanaşı, həm də «kassiri» kimi tanınmasıdır. Məlumatlarda iddia edilir ki, Əli Hüseynovun RYTN-də daha çox Vidadi Zeynalovun «pul kəsən maşını» kimi təqdim edirmişlər.
Qeyd edək ki, Gəncə TKQ-nın rəisi Əli Hüseynov 10 iyul 1960-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. O, 1989-cu ilin iyulundan Gəncə şəhər «Mətbuat Yayım» agentliyində satış üzrə meneger kimi fəaliyyətə başlayıb, 1992-ci ildən həmin müəssisədə rəis müavini, 1997-ci ildən isə Gəncə şəhər «Mətbuat Yayım» agentliyinin rəisi vəzifəsində işləyib. 2004-cü ilin iyun ayından etibarən isə Gəncə Telekommunikasiya İdarəsinin rəisi işləyir.
DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Əli Hüseynovun araşdırmalar nəticəsində dövlətə 3 milyon manatlıq borcunun olduğu üzə çıxıb. Belə ki, həmin məbləğ kəsir kimi Gəncə Telekommunikasiya Qovşağının ayağındadır.
Dia.az-a danışan mənbə bildirir ki, Əli Hüseynov hazırda həmin 3 milyon manatlıq borcu ödəmək üçün qohumları arasında pul toplamağa başlayıb:
"Vəziyyəti ağırdır. Hətta pulu ödəsə belə, həbs olunacaq"...