Sahibkarlığa Kömək Milli Fondunda MTN izləri... - Sahibkarlara güzəştli kreditlər necə verilib?

18-11-2015, 17:33           
Sahibkarlığa Kömək Milli Fondunda MTN izləri... - Sahibkarlara güzəştli kreditlər necə verilib?
Bu ilin ilk ayı üzrə olan statistik məlumatğlara əsasən ölkə üzrə Sahtibkarlığa Kömək Milli Fondunun xətti ilə 2972 sahibkara 96.0 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən müvəkkil banklar vasitəsilə həyata keçirilib. Azərbaycanda oktyabrın 17-dən, dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilən mili təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən atılması ilə yeni bir prosses başladı. Ölkə ərazisində sahibkarlara qarşı rüşvətxorluq, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə təzyiq edən, dələduzluğa yol verən vəzifəli şəxslər cəzalandırılır. Və prosses MTN-dən başlayaraq, rabitə və bank sektoruna, vergi və gözlənilən gömrük sektoruna qədər genişlənir. Ölkə ərazisində dövlət başçısının təşəbbüsləri ilə sahibkarlara, iş adamlarına verilən dəstəkdən sui-istifadə edən, bu faktorlardan öz şəxsi maraqları üçün illərlə istifadə etmiş məmurlar cəzalandırılmağa başlayıb. Və cəza tədbirlərinin daha da kütləvi hal alacağı gözləniləndir.
GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən Eldar Mahmudov və onun yaxın çevrəsində olan adamların sahibkarlara qarşı etdiyi təzyiqlər ən müxtəlif formalarda araşdırılır. Və prosses artıq bank və maliyyə seçktoruna qədər genişlənməkdədir.

Eldar Mahmudovun bankları SKMF-nin əsas müvəkkilinə necə çevriliblər?

Eldar Mahmudovla gizli maliyyə əməliyyatlarında iştirak edən iri bankirlərin də qələmi qırılmağa başlayıb. Artıq «Muğanbank» ASC-nin rəhbəri, Odlar Yurdu Universiteninin rektoru və son seçkilərdə namizədliyi dəstəklənməyən Əhməd Vəliyevlə bağlı ilginc versiyalar mətbuatda yer almağa başlayıb. Həmçinin də Əhməd Vəliyevdən başqa, «Azəriqazbank» ın sahibi olan Çingiz Abdullayevin də 90 saylı Ağdaş seçki dairəsi üzrə nəticələri ləğv edilib. Və Çingiz Əsədullayev bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, o həqiqətən də Eldar Mahmudovla yaxın dostdur. Dünən isə mediada Dəmirbank-la bağlı ilginc məqamlar yer almışdı. Xəbərlərdə deyilirdi ki, Dəmirbankın İdarə Heyyətinin sədri Roman Əmircanov Eldar Mahmudovun gizli pullarını bu bank vasitəsilə xaricə daşımaqla məşğul olub.

Fondun tələbləri və onlar hansı bankların vecinə olmayıb?

Bütün bu adları çəkilən banklar həm də Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil banklarının sırasındadır. Bu fondda müvəkkil olan maliyyə qurumları arasında olan çox azsaylı bank olan qurumlardır. Yəni Dəmirbank, Azəriqazbank və Müğanbank SKMF-in ən iri müvəkkiləridir. Həm də fondun yarandığı gündən bəri. Fond 2009-cu ildə yaranıb. Və bu yaranışdan sonra fəaliyyət üzrə mexanizmlər təsdiqlənib. Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.

Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.

Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının mconcessionaryüxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

Əli Abbasov kimi Eldar mahmudovun basqısı altında olan daha bir dövlət məmuru kimdir?

GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalarda bildirilir ki, yuxarıda adları çəkilən Eldar Mahmudovun müvəkkil seçilmiş banklarından sənədlərdə sahibkarlara ayrılan güzəştli kreditlərlə bağlı məlumatlar və hesabatlar da gizli saxlanılır. Məlumatlarda deyilir ki, bununla bağlı olaraq ilkin araşdırmalar aparılıb. Məsələn bizə bilgi verən mənbə israr edir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev də Eldar Mahmudovun ciddi təsiri altında olub. Məsələn iri kredit layihələri fond tərəfindən maliyyələşdirilən zaman həmin sahibkarlarla bağlı bütün bilgiləri əldə etdikdən sonra Eldar mahmudov onlara basqılar edib.

Nəticə etibarilə də il ərzində fond vasitəsilə sahibkarlara ayrılan 200 milyon manatlıq vəsaitlər in bir qismi MTN -dəki Eldar mahmudovun çetesi tərəfindən basqılara məruz qalıb. Bu mövzu ilə bağlı detallı araşdırmaların sonuclarını da sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də arayışını dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.