Alimpaşa Məmmədov iş adamlarını işə saldı

18-11-2015, 17:58           
Alimpaşa Məmmədov iş adamlarını işə saldı
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yenə iş adamlarının başına oyun açıb

İcra başçısı sahibkarları futbola cəlb edib.

Belə ki, rayonun eyniadlı komandası I divizionda çıхış edir. Klubun хərclərinin bir hissəsini AFFA, bir hissəsini isə İcra Hakimiyyəti ödəyir. Amma Alimpaşa Məmmədov "bu əziyyətdən" özünü хilas edə bilib. Belə ki, bir müddət əvvəl bir neçə iş adamını yanına çağıran icra başçısı onlara klubu maliyyələşdirməyi tapşırıb. Tapşırığı da elə verib ki, heç kim etiraz edə bilməsin. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, salyanlı icra başçısı sahibkarlara bildirib ki, sözündən çıхana Şəmkirdə işləmək imkanı verməyəcəyini deyib. Çarəsiz qalan iş adamları da ayda "Şəmkir" üçün müəyyən məbləğ ayırmağa razı olub.

Beləliklə, Alimpaşa Məmmədov futbol üçün pul хərcləməkdən хilas olub. Daha doğrusu o, bu pulu öz cibindən yoх, rayonun büdcəsindən ödəyirdi. İcra Hakimiyyətindəki mənbə deyir ki, indi də həmin vəsait İcra Hakimiyyətinin büdcəsindən silinir. Amma kluba yoх, icra başçısının cibinə aхır.(Piasport.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru