"Ənvər Seyidəliyev qohumu Səlim Müslümova güvənir, biz isə prezidentimiz İlham Əliyevə"... - Ağsuda sahibkarlar üsyan deyir...
23-11-2015, 18:51
Redaksiyamıza müraciət edən bir qrup ağsulu sahibkarın narazı Ağsu icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdəndir.
DİA.AZ-a yazan sahibkarlar redaksiyamız vasitəsilə prezident İlham Əliyevdən kömək istəyirlər. Narazı sahibkarlar yazır:
"Bütün ölkədə sahibkarların haqqını tapdayan məmurların cəzalandırlmasından danışılır. Ağsuda vəziyyət tamam fərqlidir.
İcra başçısı Ənvər Seyidəliyev sanki bu ölkədə yaşamır. Nəinki bizi incitməyində davam edir, elə bu gündən etibarən aylıq rüşvəti qaldırdığını da bəyan edib.
Bu gün səhər saatlarından icra başçısının adamları rayondakı bütün sahibkarlara vəyan ediblər ki, aylıq haqq artırılıb. Məsələn, aya 500 verən 700, 1000 verən 1400 manat pul verməlidir".
Sahibkarlar bildirir ki, prezident İlham Əliyevdən icra başçısının cəzalandırılması üçün kömək istəyirlər: "Ənvər Seyidəliyev qohumu Səlim Müslümova güvənir. Biz isə prezidentimiz İlham Əliyevə"...
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...