Əsədullayev kimləri “məşhər ayağı”na çəkdirib?
25-11-2015, 15:41
Eldar Mahmudovun havadarlığı ilə həyata keçirirlən maliyyə fırıldaqlarının araşdırılması zamanı AGBankın qanunsuz bank əməliyyatlarında rol aldığı üzə çıxıb.
Məlumata görə, ölkə qanunları xaricə 999 azn-dən artıq vəsaiti köçürülməsini qadağan etsə də AGBank rəhbəri Çingiz Əsədullayev özünə yaxın şəxslərə məxsus külli miqdarda pul vəsaitlərinin xarici banklara, əsasən də İsveçrə banklarına transferini qanunsuz olaraq həyata keçirib. Hətta bunun müqabilində sabiq deputatın faiz aldığı da vurğulanır.
Artıq Ç.Əsədullayevdən kimin hara nə qədər vəsait köçürməsi barədə məlumatlar alınıb və həmin şəxslərə ölkəni tərk etmək qadağası qoyulub. Həmin şəxslərin də yaxınlarda “məşhər ayağı”na çəkiləcəyi gözlənilir.
Bu arada Əsədullayev mətbuata açıqlamasında Küveyt- Azərbaycan Dostluq Qrupu ilə heç vaxt əlaqədə olmadığını, Böyük Britaniya Parlament Dostluq Qrupuna üzv olduğunu bəyan edir: Virtualaz.org
Amma aşağıdakı likndən oxuyuruq ki, cənab Əsədullayev küveytli tərəfdaşları ilə rəsmi görüşlərində işçi qrupunun üzvü kimi çıxış edir: