Kürdəmirdə OLAY: - azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb

27-12-2019, 11:20           
Kürdəmirdə OLAY: - azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb
Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklar evində qeydə alınıb.

Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd foklor evi 2013-cü ildə təmir olunub. İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru