YAP-ın siyahısında şoka salan isim - Sensasiya

27-12-2019, 19:17           
YAP-ın siyahısında şoka salan isim - Sensasiya
14:49
Belə bir siyahıda adımın keçməsini arzulayardım.
Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi haqda yayılan xəbərə münasibət bildirərkən deyib.
M.İbrahimov qeyd edib ki, hazırda ölkədə deyil:
“İndi Türkiyədəyəm. Cəmiyyətdə fəal bir ictimai xadim, xalqımı sevən biri olaraq, əlbəttə, deputat olmağı istəyərdim. Sabah ölkəyə qayıdacam və bununla bağlı fikrimi bildirəcəyəm”.

Xatırladaq ki, Axşam.az saytı YAP-ın M.İbrahimovun namizədliyini 119 saylı Ağdam kənd seçki dairəsindən irəli sürdüyü haqda məlumat yayıb. Bu dairədən YAP ötən seçkidə tanınmış jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun namizədliyini verib və o, deputat seçilib.
YAP-ın siyahısı hələ rəsmən açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru