"Nissan"ın keçmiş rəhbəri qaçdı

31-12-2019, 10:36           
"Nissan"ın keçmiş rəhbəri qaçdı
Tokioda ev dustağı olmuş Fransa-Yaponiya "Renault-Nissan-Mitsubishi" avtomobil istehsalı alyansının keçmiş rəhbəri Karlos Qon çərşənbə axşamı Livana gəldiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi bildirib.

"Mən məhkəmədən gizlənmirəm, amma haqsızlıqdan və siyasi təqibdən qaçıram", - deyə o, bildirib. Karlos Qon Yaponiya məhkəmə sistemini insanların əsas hüquqlarını qəbul etməməkdə ittiham edib.

Sabiq şirkət rəhbəri bildirib ki, "onların əsarətində olmağa" hazırlaşmır. Qonun sözlərinə görə, qaçış ona mətbuatla ünsiyyət saxlamağa başlamaq imkanı verəcək.

Tokio Dairə Məhkəməsində Qonun ev dustaqlığı şərtlərinin dəyişmədiyini təsdiqləyiblər. Məhkəmədən bildirilib ki, o, Yaponiyadan getmək barədə icazə almayıb.

Daha əvvəl bildirilib ki, Tokioda ev dustağı olan Fransa-Yaponiya "Renault"-"Nissan"-"Mitsubishi" avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qon ölkəni icazəsiz tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru