İran BMT-ni general Suleymaninin qətlini pisləməyə çağırıb

4-01-2020, 08:10           
İran BMT-ni general Suleymaninin qətlini pisləməyə çağırıb
İranın BMT yanında daimi nümayəndəsi Məcid Taht-Ravançı Təhlükəsizlik Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Suleymaninin ABŞ tərəfindən öldürülməsini pisləməyə çağırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İran rəsmisi bununla bağlı BMT baş katibinə məktub ünvanlayıb.

Baş katiblə yanaşı, həmçinin Təhlükəsizlik Şurası sədrinə də ünvanlanan məktubda deyilir ki, şura öz vəzifələrini yerinə yetirməli, ABŞ tərəfindən belə hərbi avantürizmin və təhlükəli provokasiyaların ağır nəticələrini nəzərə alaraq, bu qanunsuz, cinayətkar əməli pisləməlidir.

Sənəddə həmçinin qeyd edilir ki, İran "dəhşətli cinayətlə" bağlı beynəlxalq qanunvericiliyə uyğun olaraq zəruri, xüsusən özünümüdafiə tədbirlərinin qəbulu hüququnu özündə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru