“Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” - Video

6-01-2020, 00:33           
“Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” - Video
Tanınmış rusiyalı həkim, Piroqov adına klinikanın cərrah-onkoloqu Andrey Pavlenko 41 yaşında dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı Anna Qeqeçkori sosial şəbəkədə məlumat verib.

“Bu gün - yanvarın 5-də saat 08:20-də Andrey dünyasını dəyişdi”, - Qeqeçkori Feysbukda yazıb. Onun sözlərinə görə, A. Pavlenko ömrünün son günlərini həyat yoldaşı və üç övladının əhatəsində keçirib. Pavleno iki ilə yaxın idi ki, mədə xərçəngi ilə mübarizə aparırdı.

Həkimin ölümündən əvvəl çəkdiyi vida müraciətində isə “Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” cümləsi izləyiciləri göz yaşına boğub. A. Pavlenko xəstəliyi ilə mübarizə apardığı müddət ərzində ona dəstək olan hər kəsə dərin minnətdarlığını bildirib. Bundan əlavə, o, dostları ilə bərabər yaratdığı Qrantın bundan sonra onkoloji xəstəliklərlə bağlı media layihələrini maliyyələşdirəcəyini deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru