Paşinyanın adından Trampa təbrik yazan şəxs tutuldu

6-01-2020, 08:52           
Paşinyanın adından Trampa təbrik yazan şəxs tutuldu
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə “facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib. Xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində “Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib".

Saytda saxlanılan şəxsin ifadələrinin yer aldığı videoçarx da yerləşdirilib. Həmin şəxs bildirib ki, "Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir". Xəbərdə qeyd olunur ki, fakt üzrə cinayət işi qaldırılıb. Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittihamın irəli sürüldüyü açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru