Birlik hökuməti generalın açıqlamasını təkzib etdi
7-01-2020, 06:54
Liviyanın Sirt şəhərinin general Xəlifə Haftarın nəzarətindəki silahlılar tərəfindən ələ keçirilməsi barədə iddialar həqiqəti əks etdirmir.
Publika.az-ın məlumatına görə, bu barədə BMT-nin tanıdığı Milli Birlik Hökumətindən açıqlama verilib. Bildirilib ki, Xəlifə Haftarın ordusu hücuma keçsə də, silahlıların qarşısı alınıb.