“Mehdi ordusu”nun rəhbəri çağırış etdi

7-01-2020, 09:08           
“Mehdi ordusu”nun rəhbəri çağırış etdi
İraq şiələrinin liderlərindən biri, “Mehdi ordusu”nun rəhbəri Müqtəda əs-Sədr şiələri beynəlxalq alyansda birləşərək, İranı dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, Sədr ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanmasını və ABŞ mallarının boykot edilməsini tələb edib. Şiə lider İraq parlamentinin bütün xarici qoşunların ölkə ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni ABŞ-a verilən “acınacaqlı cavab” sayıb.

Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsindən dərhal sonra Müqtəda əs-Sədr 2008-ci ildə buraxılan “Mehdi ordusu”nu yenidən quracağını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru