ABŞ İran generalının öldürülməsinin səbəbini açıqladı

8-01-2020, 00:04           
ABŞ İran generalının öldürülməsinin səbəbini açıqladı
ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn iranlı general Qasım Süleymaninin öldürülməsinin səbəbi kimi generlın amerikalı diplomatlara və hərbi personala sui-qəsd cəhdləri hazırlaması barədə məlumat əldə etməklərini göstərib. O, bu barədə “Fox News”un efirində açıqlama edib.

“Əldə etdiyimiz və çox əhəmiyyətli hesab etdiyimiz məlumatlara görə, Süleymani və onunla əlbir olanlar yaxın günlərdə çox sayda ABŞ diplomatı və əsgərini öldürməyə hazırlaşırdılar”, - deyə, müşavir qeyd edib.

O, İran generalının öldürülməsinin ABŞ Prezidenti Donald Trampın prinsiplərinə zidd olmadığını da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru