SON DƏQİQƏ: Trampdan İranla bağlı SENSASİON SÖZLƏR - YENİLƏNDİ

9-01-2020, 00:09           
SON DƏQİQƏ: Trampdan İranla bağlı SENSASİON SÖZLƏR - YENİLƏNDİ
Tramp bildirib:

"1979-cu ildən bəri İranın Yaxın Şərqdə sabitliyi pozacaq addımlarına ciddi önəm verilmədi. İran terrorizmi maliyələşdirən dövlət oldu. Nüvə silahları ilə dünyanı təhdid etdi. Lakin biz heç vaxt bunun olmasına imkan vermərik. Ötən həftə ciddi addım atdıq və amerikalıların həyatına təhlükə yaradacaq iranlı generalı öldürdük. O, daha əvvəl öldürülməli idi. İranın birbaşa həmləsinə biz də birbaşa cavab verəcəyik. Bizim güclü ordumuz və öldürücü silahlarımız var. Biz bu silahlardan istifadə etmək istəmirik”.

Tramp İranı danışıqlara çağıraraq yeni nüvə sazişinin imzalanmasını təklif edib:

“Biz 2015-ci ildə İranla nüvə sazişi imzalamışdıq. Buna görə İrana 150 milyard dollar və 1,8 milyard dollar pul verilmişdi. Lakin Tehran ABŞ-a təşəkkür etmək əvəzinə bizi ölümlə təhdid etdi. Pullar terror təşkilatlarına ötürüldü. Ötən gün bizə təşkil edilən hücumları və tələfatla nəticələnən keçmişdəki hücumları dünya görməlidir. Artıq Rusiya, Almaniya,Fransa, Böyük Britaniya və Çin reallığı görüb nüvə sazişindən çıxmalıdır. Biz İranla yeni nüvə sazişi imzalamalıyıq. İran şiddətli əməllərini davam etdirərsə, İranda sabitlik olmayacaq. Bu gün NATO-ya müraciət edib, Yaxın Şərqdəki məsələlərə daha çox müdaxilə etməsini tələb edəcəm”.

***

20:29

ABŞ prezidenti Donald Tramp İranın İraqdakı bazalara hücumu ilə əlaqədar açıqlama verib.

Publika.az xəbər verir ki, “Ağ ev” rəhbəri hücumun fəsadları barədə danışıb. O bildirib ki, hücum zamanı amerikalı hərbçilər və iraqlılar arasında tələfat qeydə alınmayıb. Trampın sözlərinə görə, qabaqlayıcı tədbirlər görüldüyünə və müdafiə sistemləri işə düşdüyünə görə tələfat olmadı. Bazalara maddi ziyan dəyib.

“Ağ” ev rəhbəri bildirib ki, iranlı general Qasım Süleymaninin öldürülməsi barədə qərarın qəbul edilməsi doğru addım olub. “Süleymani yeni hücumlar hazırlığında idi” deyən Tramp bəyan edib ki, ABŞ İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.