DSK Ümid Partiyasının namizədini qeydə almadı - MSK qərarı ləğv etdi
9-01-2020, 17:33
Ümid Partiyası tərəfindən namizədliyi 30 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadıqova İlahə namizədliyinin sözügedən dairədən qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Modern.az xəbər verir ki, Dairə Seçki Komissiyası qərardan imtinaya səbəb kimi 500 imzadan 88-nin etibarsız olduğunu hesab edib. Bu da namizədliyin qeydə alınmasından imtina üçün əsasdır. Ancaq namizədin müracəti MSK- ya daxil olandan sonra araşdırılıb ki, imzalardan 467- si etibarlıdır. Bu da namizədin qeydə alınması üçün kifayət edir.
Beləliklə, MSK Dairə Seçki Komissiyasının namizədliyin qəbul edilməsindən imtina edilməsi ilə bağlı qərarını ləğv edib.