Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar

10-01-2020, 01:19           
Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar
Alimlər hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər. Toronto Universitetinin alimlərinin hazırlaması “Materials Horizons” jurnalında dərc edilib.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, alimlər tərəfindən hazırlanmış süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

Bundan əvvəl də Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri hazırlamışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru