Meksikada içində insan meyitlərinin olduğu 26 kisə aşkarlanıb

10-01-2020, 07:47           
Meksikada içində insan meyitlərinin olduğu 26 kisə aşkarlanıb
Meksikanın Halisko ştatının hüquq-mühafizə orqanlarının əməkdaşları dərə ərazisində doğranmış insan meyitlərinin olduğu 26 kisə aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə yerli prokurorluqdan bildirilib.

Qeyd edilir ki, kisələr Tonala bələdiyyəsi ərazisində tapılıb. Axtarış işləri dünən qurtarıb. Kisələr ştatın Tibbi Məhkəmə İnstitutuna verilib. Burada ekspertlər insan qalıqlarının sayını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, son illər Meksikada ağır cinayətlərin sayı artmaqdadır. Belə ki, 2006-cı ilin sonundan 2019-cu ilin avqustuna qədər ölkədə gizli basdırılmış 3024 meyit aşkarlanıb.

Ümumilikdə 2006-cı ildən 2019-cu ilə qədər 13 il müddət ərzində ölkədə 60 mindən çox insan itkin düşüb. Halisko ölkənin ikinci ən təhlükəli ştatıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.