ABŞ daha bir İran generalını aradan götürmək istəyibmiş - KİV

11-01-2020, 01:47           
ABŞ daha bir İran generalını aradan götürmək istəyibmiş - KİV
Məmurlardan birinin sözlərinə görə isə, ABŞ hətta hər iki əməliyyatın uğurlu olduğu bəyanatını eyni zamanda vermək arzusundaymış

SEPAH generalı Qasım Süleymaninin öldürüldüyü gün ABŞ daha bir yüksək çinli İran generalına qarşı Yəməndə əməliyyat keçirib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə öz mənbələrinə istinad edən "Washington Post" yazıb.

Onun məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun başqa bir aparıcı komandiri olan Abdul Reza Şahlaiyə qarşı ABŞ-ın keçirdiyi əməliyyat uğursuz olub.

Qəzet yazır ki, bir gündə iki əməliyyatın keçirilməsi Amerika hərbi qüvvələrinin daha geniş planı olduğundan xəbər verir.

"Washington Post"un jurnalistlərinin müraciət etdikləri rəsmi şəxslər Şahlaiyə qarşı keçirilən əməliyyatın təfərrüatını açıqlamaq istəməyiblər, sadəcə deyiblər ki, o, uğursuz olub. Məmurlardan birinin sözlərinə görə isə, ABŞ hətta hər iki əməliyyatın uğurlu olduğu bəyanatını eyni zamanda vermək arzusundaymış.

Süleymaninin ölümündən sonra İran Amerikanın İraqdakı bazalarına zərbə vurub. Xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru