Avropa Şurası rüşvətxorluğa qarşı mübarizəni gücləndirir- Detallar

11-01-2020, 00:00           
Avropa Şurası rüşvətxorluğa qarşı mübarizəni gücləndirir- Detallar
Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) Fransadakı sosial qurumlarda şəffaflığın tam təmin olunmadığı qənaətindədir.

Azərtac “Euronews”a istinadla xəbər verir ki, GRECO Fransa Prezidenti başda olmaqla, nazirlərin də gəlirləri ilə bağlı hesabat verməli olduqlarını bildirib.

Qeyd edək ki, Avropa Şurası prezidentlərin, nazirlərin və güc strukturlarının rəhbərlərinin gəlirlərinin yoxlanılmasını zəruri hesab edib. Beynəlxalq təşkilat bəyan edib ki, ortaya çıxan mənfi hallar müstəqil məhkəmələr tərəfindən araşdırılmalıdır.

Yeni təklifdə qeyd olunub ki, prezident və rəsmi qurumların nümayəndələrinin lobbilər və şirkətlərlə əlaqələri də araşdırılmalıdır. Bundan başqa, təklif olunub ki, prezidentlik postuna yeni gələn şəxs ona aid əmlak və maliyyə hesabı ilə bağlı hesabat verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru