“Kərbala Briqadası”nın komandiri öldürüldü - İRANA QARŞI DAHA BİR MƏXFİ ƏMƏLİYYAT

12-01-2020, 10:53           
“Kərbala Briqadası”nın komandiri öldürüldü - İRANA QARŞI DAHA BİR MƏXFİ ƏMƏLİYYAT
Ötən gün yanvarın 11-də İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən bildirir ki, İraq şiələrinin “Xalq səfərbərlik qüvvələri”nin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

Taleb Abbas Əli əl-Səidi “Xalq Səfərbərlik Qüvvələri”nə bağlı “Kərbala Briqadası”nın komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.



Birləşmiş Ştatların Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edən Mərkəz komandanlığı Kərbala şəhərindəki silahlı əməliyyat barədə şərh verməyib.

Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.


İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru