Vilayət Eyvazov “Bandotdel”in rəis müavinini işdən çıxardı

12-01-2020, 11:01           
Vilayət Eyvazov “Bandotdel”in rəis müavinini işdən çıxardı
Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

Teref.az BakuPost-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.

Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru