Yəhudi gənc erməni keşişin üstünə tüpürdü və...

7-03-2020, 10:11           
Yəhudi gənc erməni keşişin üstünə tüpürdü və...
İsrail polisi Qüdsdəki “Srbots Hakopyants” erməni dini icmasının üzvü olan keşiş Hovnan Bağdasaryanı təhqir edən yəhudi gənci cəzalandırıb.

Moderator.az xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, hadisə bir il öncə baş verib.

Qüdsün Köhnə şəhər hissəsindəki erməni məhəlləsində yəhudi bir oğlan erməni kilsəsinin qəfiləsinin keçdiyini görüb və keşişlərdən birinin üzərinə bir neçə dəfə tüpürüb. Ardınca gənc özü polisə təslim olub. Keşiş Hovnan Bağdasaryan isə polisə şikayət yazıb. Hadisənin istintaqı və şahidlərin dindirilməsindən sonra martın 5-dƏ polis rəsmi olaraq gəncin 1500 şekel, yəni təxminən 400 dollar cərimə edilməsi barədə qərar verdiyini açıqlayıb.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.