Nazir postlardan adam buraxdıran DYP rəisini işdən çıxardı

16-05-2020, 18:48           
Nazir postlardan adam buraxdıran DYP rəisini işdən çıxardı
Bir neçə gün əvvəl Neftçala RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Azad Məmmədyarov vəzifədən azad olunub.
Teref.az Bizimxeber.az-a istinadən xəbər verir ki, Azad Məmmədyarov işində yol verdiyi nöqsanlara görə, daxili işlər orqanlarından uzaqlaşdırılıb.


Məlumata görə, Azad Məmmədyarov koronavirus pandemiyasının qarşısının alınması üçün qurulan postlardan şəxsi marağı üçün istifadə edib adam buraxdırırmış.
Daha bir məlumata görə, Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndiyevə tabeçiliyində olan DYP rəsinin fəaliyyətini nəzarətdə saxlaya bilmədiyi üçün şiddətli töhmət elan olunub. Bildirilir ki, rayon polis şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru