Sükan arxasında yatırsınızsa, bunlara DİQQƏT EDİN

17-05-2020, 11:02           
Sükan arxasında yatırsınızsa, bunlara DİQQƏT EDİN
Sükan arxasında yorğunluğun əlamətləri açıqlanıb.

Publika.az-ın "RİA Novosti"yə istinadla xəbərinə görə, "Sükan arxasında" jurnalının eksperti İlya Pimenov qeyd edib ki, sürücü kabinədəki normal temperatura baxmayaraq narahatlıq, istilik və ya soyuqluq hiss edərsə, buna xüsusi diqqət yetirməlidir.

Onun sözlərinə görə, başqa bir əlamət isə sürücünün həmsöhbətinin ona nə dediyini dərhal anlamamasıdır:

"Yorğunluğun xüsusi əlamətlərindən biri də sürücünün tez-tez yolda olan əyilmələri qaçırması və kəsişən yollardan çıxan avtomobillərə əhəmiyyət verməməsidir. Bundan əlavə, sürücü görmə qabiliyyətinin zəiflədiyini hiss edə, yol nişanlarını və avtomobil nömrələrini çətinliklə oxuya bilər. Həmçinin daimi yatma istəyi ola bilər. Buna "mikro yuxu" deyilir. Onun əsas əlaməti yaddaş itkisidir. Məsələn, qarşınızda yanacaqdoldurma məntəqəsi gördünüzsə və sonra ordan necə keçdiyinizə təəccüblənirsinizsə, deməli, yuxulu olmusunuz.

Belə halda dərhal avtomobili saxlayın və istirahət edin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru