İsveç rekord iqtisadi böhrana hazırlıq görüb

20-05-2020, 08:13           
İsveç rekord iqtisadi böhrana hazırlıq görüb
İsveç İkinci Dünya Müharibəsindən sonra ən böyük iqtisadi böhrana hazırlıq görüb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu, ölkə hakimiyyətinin koronavirus pandemiyasına görə sərt karantin tətbiqindən imtina etməsi fonunda baş verib.

Maliyyə naziri Maqdalena Andersson deyib ki, bu il Skandinaviyada iqtisadi artım 7 faiz azalacaq. "Ölkə çox dərin iqtisadi böhran yaşayır, eniş gözlədiyimizdən tez baş verir”, - o qeyd edib.

İsveç Mərkəzi Bankının məlumatına görə, ölkənin ÜDM-i karantin tətbiq etməkdən imtina etməsinə baxmayaraq, 9,7 faiz azala bilər. Daha pozitiv proqnoza görə, iqtisadi artım 6,7 faiz enəcək.

Ölkədə keçirilən sorğuların nəticələrinə əsasən, xidmət sektorunda müəssisələrin 40 faizi iflas təhlükəsindən ehtiyat edir.

İsveç ÜMD-nin təxminən yarısı ixrac payına düşür, ona görə də "Volvo Cars" və "Electrolux" kimi bəzi tanınmış şirkətlər tələbin azalması səbəbindən minlərlə işçini ixtisara salmaq məcburiyyətində qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru