«Aztelekom»un «Qubalı Dollar Zahir»i kimidir?-FOTOLAR
8-01-2016, 16:09
Məşhur «MTN işi» zamanı həbs olunanlar arasında «Aztelekom» İstehsalat Birliyinin rəhbərliyindən də olanlar vardı. Birliyin rəhbəri Məhəmməd Məmmədovun həbs olunmasından sonra onu əvəzləyən Zahir Vəliyev, elə əvvəllər keçmiş direktorun müavini postunu tuturdu.
Lakin Zahir Vəliyevin haqqında olduqca maraqlı iddialar var. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumatlarda qeyd edilir ki, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur.
Məlumatı göndərən şəxs yazır ki, «DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahi Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Hətta onun maşınlarının fotolarını da bizə göndərib.
Həmin məlumatda vurğulanır ki, Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. «Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «QTelekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar».
İşin ən ilginc tərəfi isə Zahir Vəliyevin xüsusi ayamaya sahib olmasıdır. JAM.AZ-a yazan mənbə iddia edir ki, Quba zonasında «Aztelekom»un başında duran sözügedən şəxsi hamı «Qubalı Dollar Zahir» kimi tanıyırlar. «Bu adam Quba zonasında nə qədər savadlı, savadsız qohumları varsa, hamısına rabitə sistemində iş verdirib. Bu azmış kimi, bölgə üzrə yerli şöbələrin rəhbərlərindən də evinin bazarlığını etməsin tələb edir. Qubada 4 mərtəbəli villası var».
Qarşı tərəfi də dinləməyə hazırıq.