CAHANGİR HACIYEVİN CİNAYƏTLƏRİNƏ BƏRABƏR BANK CİNAYƏTLƏRİ - MƏMMƏD MUSAYEV VƏ....

8-01-2016, 22:13           

Bank oliqarxı Məmməd Musayevin manatın devalvasiyasından qazandığı milyonlar...

Neftin qiymətindəki kəskin azalma ölkə iqtisadiyyatında ciddi fəsadlarla müşayət olunan zəlzələ effekti yaratdı. Milli valyuta manat bir ildə iki dəfə - umumilikdə isə 98% dəyərinı itirdi. Ölkə bir iqtisadi formasiyadan digərinə keçdi. Leksikonda Azərbaycan insanına tanış olmayan yeni ifadələr yer aldı – üzən valyuta. Sadə ölkə vətəndaşının real vəziyyətdə ən ciddi problemi isə banklara müxtəlif məbləğli kreditlərin ödənilmə mexanizmidir. Bankları isə mövcud durumda düşündürən yalnız bir amildir – sadəcə qazanmaq. Əhalinin bank kreditlərinin statistikasını açıqlayan Mərkəzi Bank hələ aylar öncə 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirmişdi. Bu rəqəm təxminən 9 milyon 500 min olan əhalinin 26 %-dən çoxu deməkdir. Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var. 2014-cü ilin dekabrında seçki siyahısında 18 yaşını tamamlamış seçici sayı protokollara 4 831 328 nəfər olaraq qeyd edilib. Bu rəqəmi nəzərə alaraq demək olar ki, 18 yaşından yuxarı əhalinin 72,4 faizi banklara borcludur. İqtisadçılar, o cümlədən beynəlxalq maliyyə qurumları Azərbaycanda fəliyyət göstərən bankların ölkə əhalisinin sayına nisbətdə olduqca çox olduğunu qeyd edirlər. Lakin bu məsələyə bank sektorundakı real durum müstəvisindən nəzər yetirəndə əslində 40-dan çox bankın bir neçə nəfərə məxsus olduğu məlum olur. Yəni bu məmləkətdə yalnız banan və ya badımcan deyil, həm də bank oliqarxları mövcuddur.
Fəaliyyət göstərən kommersiya banklarından bir neçəsi medianın “Şapka Mamed” ləqəbi ilə tanıdığı Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin nəzarətindədir.
CAHANGİR HACIYEVİN CİNAYƏTLƏRİNƏ BƏRABƏR BANK CİNAYƏTLƏRİ  - MƏMMƏD MUSAYEV VƏ....
“Aqrarkredit” SKT-ya şəxsən özü, Turan Banka oğlu Fuad Musayev, bir başqa banka isə kürəkəni rəhbərlik edir. Bundan başqa Azər Türk Bankda M.Musayevin nəzarətindədir. Milli Bankın icraçı direktoru da M.Musayevin kürəkənidir. Azərbaycanın Mərkəzi Bankının yeni banknotları – manatın çapı ilə bağlı ötən il Vyana məhkəməsində istintaqı aparılan maliyyə maxinasiyasında da M.Musayevin kürəkəninin adı hallanırdı. Məmməd Musayevin yuxarıda adı çəkilən banklardan başqa digər sahib olduqları da var.
TEREF.İNFO Konflikt.az-a istinadən yazır ki,«Maliyyəçi» MMC-nin direktoru Temraz Orucovla quda olan Məmməd Musayev Bakının Yasamal rayonu ərazisində bir neçə hündürmərtəbəli yaşayış binası inşa etdirib. Metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında inşa etdirdiyi binada isə M.Musayevin patronajlığı ilə fəaliyyət göstərən «Başak-İnam» sığortanın baş ofisi də yerləşir.

Bundan başqa «Şurabad» Quşçuluq Fabriki də Musayevin əmlakları sırasındadır. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla yaxın dost olan M.Musayevin AMSK prezidenti postuna gətirilməsi də Rüstəmovun sayəsində reallaşıb. Nəhəng biznes layihələrinə imza atan dostların hələ ki, son hədəfi isə Beynəlxalq Bankın rəhbərliyini ələ keçirməkdir.

Təsadüfi deyil ki, Elman Rüstəmov problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurətinə hətta ölkənin siyasi rəhbərliyini inandırmağı belə bacarıb. Məhz bundan sonra dövlət başçısı ABB-nin səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına tapşırıq verib.

Problemli aktivlər mərhələli şəkildə, müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılaraq "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilib. Həmin aktivlərin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "Aqrarkredit" QSC tərəfindən emissiya edilərək, qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin ediləcək. Statistika tam şəffaflığı əks etdirrərsə, deməli "Aqrarkredit" milyard manatdan çox borcun həllinə çalışacaq. Qərara əsasən mövcud olan problemli kreditləri "Aqrarkredit" QSC öz üzərinə götürəcək, əvəzində qiymətli kağızlar buraxacaq. Qiymətli kağızların satışından əldə olunan vəsaiti isə Beynəlxalq Banka ötürəcək. Mexanizm təxminən belə olacaq. Nəzərə alsaq ki, Beynəlxalq Bankın bir neçə milyard manat həcmində problemli krediti var. "Aqrarkredit" həmin həcmdə qiymətli kağız buraxaraq və satacaq. Bu kağızlara isə M.Musayevin dostu Elman Rüstəmov tərəfindən dövlət zəmanət veriləcək. Onun satışından əldə olunan vəsaitin problemli kreditlərin həcmində olan hissəsi Beynəlxalq Banka verəiləcək və aktivləri alınacaq. Qiymətli kağızları alan təşkilatların müqavilə müddəti bitdikdən sonra isə borclarını geri alacaqlar. Bu zaman həmin borclara dövlət zəmanəti verildiyinə görə əvəzini Mərkəzi Bank ödəyəcək. Son nəticədə problemli kreditləri həll etmək mümkün olmasa belə borc dövlətin boynunda qalacaq. Deməli cənab Rüstəmovun “fədakarlığı” sadəcə göstəridir. Eyni zamanda baş bankir bu gedişi ilə dostunu siyasi hakimiyyətə təqdim etməyi də bacardı. Yəni ölkə bankçılığının ən ağır durumunda bu sistemi qurtaran məhz “şapka” oldu. Əslində E.Rüstəmovun bu jesti əbəs də deyil. Bəzi situatsiyalarda gözün gördüyü istiqamətdə özünün cəfakeş obrazını yaratmağı bacaranların həlledici mərhələdə xilaskar kimi bəzi qurumların başına gətirildiyi o qədər də uzun zaman deyil. Özünü “ağır yükün” altına verirlərmiş kimi təqdim edən dostlar bu prosesdə nəinki itirmirlər. əksinə onların qiymətli kağızların çapından və realizəsindən qazanmaq şansları daha çoxdur. Bu məsələdə Avstriya təcrübəsi də var. Bundan başqa dostlar manatın 1-ci və 2-ci devalvasiyası zamanı yüz milyonlarla vəsaiti bir əldə toplamağı da bacardılar. Mənbə M.Musayevin devalvasiyadan milyonlar qazanması haqqında məlumat verərkən bildirdi ki, kredit oliqarxı olan bu şəxsin milli valyuta ilə bağlı prosesdən öncədən, məhz baş bankir vasitəsilə məlumatı olub. Heç bir iş görmədən kredit şəkilində şərti olaraq götürülən 1 milyard manat vəsait dollara çevrilir və manatın çökdürülməsinə çalışılır. Manat hələ ilin əvvəlində 33,5 faiz devalvasiya edəndən sonra 1 milyrad manat kredit götürmüş adam birdən birə 335 miylon manat qazanc əldə edir.
Ekspertlərin fikrincə manatın məzənnəsini aşağı salmaq istəyən qüvvələrdən biri də xüsusi himayə altında AMB-dən manatla vəsait götürüb, müştərilərə dollarla kredit verən kommersiya bankları olublar. Belə banklar süni ajiotaj yaratmaqla əhalini çaxnaşmaya salır, nəticədə, adamlar əllərindəki nağd vəsaitləri dollara çevirməyə çalışırlar. Bu zaman manata təzyiqlər artır. Görəsən strateji valyuta ehtiyatı 10 milyard dollarlarla ölçülən bir zamanda valyuta sabitliyi nədən qorunmadı? Nəzərə alsaq ki, bu proses ölkə iqtisadiyatını da çökdürür, deməli şəxsi mənfətləri baxımından bu vəziyyətin yaranmasına rəvac verənlərin cinayətləri heç də ABB-ın sabiq və hal-hazırda həbsdə olan prezidenti Cahangir Hacıyevin cinayətlərinin miqyasından həcmcə kiçik deyil. Nəzərə alsaq ki, ölkədə 2-ci dəfə və daha ciddi rəqəmlə müşayət edilən milli valyutanın dəyərdən düşməsi prosesində əldə edilən rəqəm isə 1-ci ilə müqayisədə kifayət qədər böyükdür.

Məlumatlarda bildirilir ki, Məmməd Musayev özü ilə bağlı yaranan hər hansı problem zamanı nazirlərdən birinin adını hallandırırmış. Mənbə onu da qeyd etdi ki, M.Musayev həmin nazirə jest olaraq nazirliyin Qazax rayon şöbəsinin yerləşdiyi binanı belə öz şəxsi vəsaiti hesabına inşa etdirib.

Məqalədə göstərilən məsələlərə aydınlıq gətirmək üşün M.Musayevlə əlaqə saxlamaq cəhdimiz mümkün olmadı. Redaksiaya yazıda adı çəkilən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

P.S. M.Musayevin dəyəri milyon manatlarla ölçülən Badamdardakı özəl klinikası, Baş vergi müfəttişliyinin sabiq rəisi Şöhrət Vəkilovla paytaxtda və Qubada olan ortaq biznesləri, Sahibkarlığa Kömək Milli Fondunun direktoru Şirzad Abdullayevlə iş birliyi, "Başak-İnam Sığorta Şirkəti" ASC-nin Direktorlar Şurasının sədri Akif Kərimovla, onun Milli Bankın İpoteka Kreditləri Departamentində rəhbər vəzifədə işləyən yaxın qohumunun köməyi ilə ipoteka kreditləşməsi əməliyyatları həyata keçirərək külli miqdarda nəğd vəsaitlərin çıxarılması, bir zamanlar “Kommunist” qəzetində dərc olunmuş “Ləkə” adlı məqalə və s. ilə bağlı araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq.

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.