Eldar Həsənov nazirlə görüşməyə gedərkən saxlanılıb - VƏKİLİ AÇIQLADI

21-08-2020, 00:02           
Eldar Həsənov nazirlə görüşməyə gedərkən saxlanılıb - VƏKİLİ AÇIQLADI
"Azərbaycanın Serbiyadakı sabiq səfiri Eldar Həsənov avqustun 13-də səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib". Lent.az -ın məlumatına görə, bu barədə Eldar Həsənovun vəkili Adil İsmayılov öz "facebook" səhifəsində yazıb.

Vəkil qeyd edib ki, Eldar Həsənovla 30 ildən artıq müddətdir şəxsi tanışlığı var. O bildirib ki, DTX-da E. Həsənovun arzusu ilə vəkil kimi Adil İsmayılov dəvət edilib və müdafiəçi kimi işdə iştirak etməyə buraxılıb.

E. Həsənovun bir gün şübhəli şəxs kimi saxlanıldığını, 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçildiyini bildirən vəkil yazıb ki, bu gün məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb və təmin edilməyib.

Vəkilin sözlərinə görə, Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. İttihamları qəbul etməyən sabiq səfir saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib.

Vəkil yazıb ki, yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru