Həbs növbəsi hansı icra başçısındadır? - 3 "şanslı" namizəd var...

21-08-2020, 10:58           
Həbs növbəsi hansı icra başçısındadır? -
Son günlər ayrı-ayrı vəzifəli şəxslərə qarşı sərt cəza siyasətinin yürüdülməsi məmurların əməlli-başlı kabusuna çevrilib, desək - yanılmarıq. Bunu elə DİA.AZ-a xəbər verən hökumətdəki mötəbər mənbə də təsdiqləyir.

Xəbərə görə, hətta vəziyyət o həddədir ki, son durumların əsas hədəfi kimi görünən icra başçılarından bəziləri könüllü olaraq istefaya belə razıdırlar ki, nəinki biabırçı həbsə: "Elə son həbs olunan Ceyhun Cəfərovun dəfələrlə istefa verdiyi, amma qəbul olunmadığı haqda şaiəyəlrin dolaşması da əsassız deyil".

Məlumatlı mənbənin dia.az-a bildirdiyindən belə məlum olur ki, sözügedən dalğa daha bir neçə icra başçısını da həbsə aparacaq.

Mənbə bildirir: "Daha üç rayonun başçısı ilə bağlı həbs qərarı verilə bilər. Onlardan biri Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, digəri Samuxun rəhbəri Alı Qocayev, daha biri isə Yardımlının icra başçısı Ayaz Əsgərovdur. Hər üç icra başçısı "qara siyahı"dadır və sərt qərarlar verilə bilər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru