“Lotu Quli”nin qətlini sifariş edən qruplaşmanın adı AÇIQLANDI - DAHA BİR VERSİYA
21-08-2020, 11:07
Avqustun 20-i gecə Antalyada qətlə yetirilən “qanuni oğru” Nadir Səlifov (Loqu Quli) ilə bağlı yeni didalar ortaya çıxıb.
Modern.az xəbər verir ki, kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmlarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.
“Azərbaycanlı cinayətkar qruplaşmlar başqa ölkələrdə meyvə, tərəvə və göyərti satan soydaşlarına nəzarət edirlər. Cəfəri, sarımsaq və s. göyərti məhsullarından 200-300% gəlir əldə etmək olur. Bu narkoticarətdən gələn gəlirlər müqayisə oluna bilər. “Lotu Quli” çeçen qruplaşmları ilə “Fud Siti”, “Dörd mövsüm” və s. topdan satış mərkəzləri və bazarlara nəzarət uğrunda mübarizə aparıb. Hər ay yüzmilyonlarla dollar gəlir gətirən bu sahələr 2014-2015-ci ildən gedən müharibənin əsas səbəbidir”.