Siyavuş Novruzov və Ombudsman Səbinə Əliyeva Ramiz Mehdiyevin nəvəsinin toyunda
21-08-2020, 16:16
Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. “MediaPost” xəbər verir ki, bu gün Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video yayılıb. Milli Məclis deputatı Siyavuş Novruzov və Ombudsman Səbinə Əliyeva da orada iştirak edib. Onların görüntüləri videoda əks olunub. Qeyd edək ki, dünən də mətbuatda toy məclisi ilə bağlı başqa görüntülər yayılmışdı. Hər iki videonu “Qafqazinfo” saytı yayıb.