Ramiz Mehdiyevin nəvəsinin toyunda “tost” deyən Abel Məhərrəmov danışdı - "Mən evdə istirahət edirəm"

21-08-2020, 16:18           
Ramiz Mehdiyevin nəvəsinin toyunda “tost” deyən Abel Məhərrəmov danışdı -
Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

"Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz".

A.Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib: “Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru