İnanılmaz: Alimlər insan ürəyi yaratdılar - Video

25-08-2020, 09:05           
İnanılmaz:
Miçiqan Universitetinin tədqiqatçılar qrupu laboratoriya şəraitində kiçik insan ürəklərinin yaradılması prosesini reallaşdıra biliblər.

Alimlər ümid edirlər ki, bu üsulla insan orqanizmində olan ən əsas orqanlardan birinin və onunla bağlı anadangəlmə xəstəliklərin tədqiqatı mümkün olacaq.

Axar.az-ın "Engadget" saytına istinadən məlumatına görə, insan orqanizminin ən vacib orqanlarından birinin canlı prototipini yaratmaq üçün tədqiqatçılar kök hüceyrələrindən və ana bətnindəki embrional inkişaf üsulundan istifadə ediblər.

Bir neçə həftə ərzində alimlər kameralara və damar toxumalarına sahib funksional mini ürək yarada biliblər. Eksperiment çərçivəsində əldə olunmuş təcrübə andangəlmə ürək qüsurlarının modelləşdirilməsində və tədqiq olunmasında istifadə olunacaq. Lakin bu cür təcrübənin aparılmasının əsas üstünlüyü qısa müddətdə lazımi sayda süni ürəklərin yaradılması imkanıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru