Otelçilər narazıdır: - "Nazirlər Kabinetində otelçilər çalışmırlar..."

25-08-2020, 17:03           
Otelçilər narazıdır: - "Nazirlər Kabinetində otelçilər çalışmırlar..."
Otelçilər narazıdır:
““Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə NK-nin 287 saylı 08 Avqust, 2020-ci il tarixli Qərarına yenidən baxılmalıdır!”

Cebhe.info-nun xəbərinə görə, bu barədə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib:

“Bu sənəddə bir sıra boşluqlar var. Otel sənayesinin nümayəndələri artıq bunlardan narazılıqlarını bildirirlər. Qərarın bir sıra müddəaları, onsuz da maliyyə durumları yaxşı olmayan, mehmanxanaların işinə əngəllər törədəcək. Bəzi müddəalar isə heç məntiqlə də anlanşılmır. Bu qərarı kim işləyib və Nazirlər Kabinetinə təqdim edibsə, əziyyət çəkib sənayeçilərin də fikirlərini öyrənsin və yeni təkliflər versin. Nazirlər Kabinetində otelçilər çalışmırlar və şübhəsiz ki, qərarda yol verilmiş boşluqlar digər qurumların məsuliyyətindədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru