Azərbaycanda YENİLİK - Bir neçə saniyədə ödəniş edəcəksiz - VİDEO

27-08-2020, 10:15           
Azərbaycanda YENİLİK - Bir neçə saniyədə ödəniş edəcəksiz - VİDEO
Mərkəzi Bankın rəhbərliyi ilə yaradılan ani ödəniş sistemində hesablaşmaların qaydası müəyyənləşib.

Teref.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, yeni ödəniş sistemi real vaxt rejimində fasiləsiz olaraq həm vətəndaşlara, həm də sahibkarlara geniş ödəniş imkanları yaradır.

Əməliyyatların təhlükəsizliyi xüsusi sistem vasitəsilə tam təmin edilir.

Millət vəkili Vüqar Bayramov bildirir ki, ani ödəniş sistemi fiziki, eləcə də hüquqi şəxslərin işini xeyli asanlaşdıracaq.

Yeni qaydalarda sistemə daxil olmaq və sistemdən çıxarılmaq mexanizmləri da müəyyənləşib.

Qeyd edək ki, ani ödəniş sistemi ölkədə nağdsız ödənişlərin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Bu sistem həm özəl, həm də dövlət sektorunda bir sıra ödənişlərin şəffaf, eləcə də bir neçə saniyə ərzində icra edilməsinə, nəticədə isə iqtisadiyyatda çevikliyin təmin edilməsinə geniş imkanlar yaradır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru