Başqa planetlərdə həyat axtarışı - Elm adamlarından SENSASİON KƏŞF

28-08-2020, 14:12           
Başqa planetlərdə həyat axtarışı -
Şüalanma və digər ekoloji təhlükələrə qarşı çox yüksək müqavimət göstərən bir bakteriyanın 3 il Beynəlxalq Kosmos Stansiyasından (ISS) kənarda yaşadığı və Marsa çatana qədər sağ qalacağı iddia olunub.

Teref.Az teleqraf.com-a istinadən xəbər verir ki, mikrobların bir planetdən digərinə keçə və həyat qura biləcəyi nəzəriyyəsini sınamaq üçün Yaponiyada hazırlanan "Tanpopo" missiyası çərçivəsində alüminium təbəqələrdə qurudulmuş Deynokokki bakteriyalarının qranulları ISS-in kənarında quraşdırılmış panellərə yerləşdirilib.

Müxtəlif ölçülərdə Deynokokki qranulları qoyulan lövhələrdən 1.2 və 3 il sonra məlumatlar əldə edilib və bakteriyaların nə qədər sağ qaldığı test olunub.

Mütəxəssislər 0,5 millimetrdən böyük olan qranullardakı bakteriyaların DNT-lərinə zərər dəysə də, sağ qaldıqlarını müşahidə ediblər.

Tədqiqatı aparan elm adamları tapıntıların bir neçə il ərzində mikrobların planetlərarası köçürülmə ehtimalını dəstəklədiyini düşünürlər. Deynokokkilərin soyuq, susuzluq və turşuya davamlı olduğu deyilir.

Deynokokki bakteriyası insanı öldürə biləcək radiasiyaya insandan 3 min qat daha çox müqavimət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru