Havada koronavirusu müəyyən etmək mümkün olacaq

30-08-2020, 11:25           
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Rusiyalı alimlər "Ordu-2020" forumunda havada olan virusları, o cümlədən COVID-19-u müəyyən edən tibbi-bioloji cihaz təqdim ediblər.

Teref.az oxu.az istinadən bildirir ki, Zverev adına Krasnoqorsk zavodunun baş direktoru Aleksandr Novikov məlumat verib.

Onun sözlərinə görə, avtomatik əsasda olan cihaz 10-30 dəqiqə ərzində hava nümunələrini analiz etmək, oradakı virus, bakteriya və toksinlərin mövcudluğunu müəyyənləşdirmək gücündədir.

Aparatın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə birlikdə hazırlandığı qeyd olunur.

O da vurğulanıb ki, cihazın dövlət sınaqları iyun ayında başa çatıb və artıq onun sertifikatı hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru