Cənab Ənvəroviç, siz Heydər Əliyev Siyasi kursuna qarşı ən təhlükəli gücün təmsilçisi və Azərbaycan liderisiniz.

2-09-2020, 07:15           
Cənab Ənvəroviç, siz Heydər Əliyev Siyasi kursuna qarşı ən təhlükəli gücün təmsilçisi və Azərbaycan liderisiniz.
Cənab Ramiz Ənvəroviç siz, son zamanlar məqalələrinizlə gündəm olmaqda davam edirsiniz. Yazılarınızın canı daha çox “mən meydandayam, haqsız hücumlara məruz qalmışam, Heyder Eliyev və Prezident İlham Əliyevin siyasi kursuna sadiqəm, Prezident İlham Əliyevdən başqa kim Ptezident olsa ona qarşı cıxacam, hücumlardan qorxmuram, mənim tabeçiliyimdə olubda əleyhimdə danışanlar simasızdı və onları cəzalandıracam, əsl müxalifət bir üzlüdü, erməni düşmənçiliyi olan yerdə mənə toxunmaq risqlidi, Rusyanın əleyhinə danışmayın cəzalanarsınız” kimi məsajlar verməkdir.

Cənab Ənvəroviç, Azərbaycanı Rusya məngənəsində saxlamaq, ölkəni rüşvət burulğanında boğdurmaq, korrupsiyanı himayə etmək, başqasının mülkünü ələ keçirtmək, dövləti talan etmək, erməni qanlılardan gizli partiya yaradıb dövləti sarmaq, Türk kimliyinə savaş açmaq, milli mənəvi dəyərlərimizi tapdalamaq, Moskva-Yerevan-Tehran bloklaşmasının himayəçisi olmaq, onlara qarşı olan bütün qüvvələri darmadağın etmək, Təbriz deyənləri sürgün və təhqir etdirmək, Ptezidentin ailəsinə savaş açaraq təhqirlər yağdırtmaq ...., Heyder Əliyev və Prezident İlham Əliyev siyasi kursuna sadiq qalmaq sayıla bilərmi??? Əsla yox! Bu sualın bir gerçək cavabı var Moskvaya sadiq qalmaq. Siz, Moskvaya sədaqət andınızı, Heyder Əliyev siyasi kursuna sadiqəm deyib də millətin gözünə kül üfürməkdən əl çəkin. Siz Heydər Əliyev Siyasi kursuna qarşı ən təhlükəli gücün təmsilçisi və Azərbaycan liderisiniz.
Məncə siyasi oyunbazlığa son qoymağın zamanıdı.

Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.