Mehdiyev Ramiz - tərtəmiz? və yaxud
2-09-2020, 07:32

Ramiz Mehdiyevi məhkəməyə vermək lazımdır: Ramiz Mehdiyevin şərəf və ləyaqətini ləkələdiyinə, ona böhtan atdığına görə!
Əziz Ramiz Ənvəroviç! Diqqətlə oxudum yazdığınızı! Bu yazınin girişindəki şeiri… daha çox ruhən, cismən, genəl və doğal bir türk oğlu türk - formasiyalara bab olaraq isə bir sovet ziyalısı və müstəqil Azərbaycan Respublikası azərbaycanlısı üsyan yanğısıyla epiqraf verə bilərdi! Amma və lakin… əsla və qətiyyən “Ramiz Ənvəroviç Mehdiyev” adlı SSRİ quruculuğunun “əbədi Pavlik Morozov”u olan biri yox!
Bizim tanıdığımız Ramiz Ənvəroviç heç vaxt M.Ə.Sabirdən bəhrələnməyib, onun özünü və sözünü kişi və kişi sözü saymayıb! Çünki… onun oxuduğu Silva Kaputikyan, Zori Balayan, Sasuntsi David, Sayat Nova, Saxarov, Yelena Bonner, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov, Yeltsin, Putin olub!
Dini kitablardan sitatlara gəlincə (sonrakı abzaslara görə irəli gedəsi oldum, üzrlü sayın, əziz Ramiz Ənvəroviç!), siz heç vaxt Qurani—kərim və Məhəmməd peyğəmbəri oxumayıbsınız, onların əvəzinə oxuduğunuz SSRİ və Rusiya Konstitusiyası olub!
Keçək punkt-punkt sübuta:
Töhmət edir qəzetçilər, – məşəri-nası bir belə!
Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə! (korrektura səhvlərinə fikir verməyəcəm: fəhmü zəka – defislə yazılmalıydı! –A.C.)
Bu ölkədə bu “fəhmü-zəkası olmayan jurnalistləri- qəzetçiləri” kim belə yetişdirdi? Heç bir ideoloji işdə işləməyən dədəm Məmməd, ya Sov.İKP xəttiylə partiya komitəsinin birinci katibi, MK-nın ideoloji katibi olan siz? Sovet dövründə qəbul edək ki, siz “niçtojestvo” və “ispolnitel” idiniz, bəs müstəqillik dönəmində necə? Kim Heydər Əliyevi və İlham Əliyevi söyənləri deputat etdi, mediaholdinq verdi, “əməkdar jurnalist” adıyla, “Tərəqqi”, “Şərəf”, “Şöhrət” ordenləriylə təltif etdi, ölənəcən yamaqlı şalvar geyinən dədəm Məmməd, ya kimə nə və nə qədər verməyi, ayırmağı 27 il ölkədə müəyyən edən Siz?
Kimin göstərişiylə fəhmü-zəkası parlaq imzalar həbsə atıldı, sındırıldı, heykələ səcdəyə gətirildi, alınmayanda sürgünə məruz qaldı?
Siz, yoxsa İlham Əliyev?
Yalan deməyin, “Pavlik Morozov”, İlham Əliyev azərbaycanca heç vaxt oxumayıb heç kimi, heç bir jurnalisti də tanımayıb, hamısını siz kurasiya edibsiniz, siz deyibsiniz "qol çək!"
Çünki… genəl, doğal, ruhən və cismən azərbaycanlı deyildiniz də ki, hiss edəydiniz o fəhmü-zəkası parlaq olan imzaları! Sizə çöçün gəlirdi onların Azərbaycanı azad, müstəqil, demokratik və bütöv görmək arzusu! Siz rusdan başqa allah, din, konstitusiya tanımamısınız, tanıya da bilməzsiniz!
Hansı ağılla bu beyt olan şeiri epiqraf verdiniz:
Cümlə məarif əhlinin haləti göz önündədir, –
Vəchi-məaşı bir belə, dərdü-bəlası bir belə! (saytda tapşırın korrekturanı tutuşdurub düzəltsinlər!)
Kim "cümlə məarif əhli"ni bu günə qoyub? Ömruboyu müəllimə, elmə səcdə edən dədəm Məmməd, yoxsa siz?
Elman Nəsirov kimin hədiyyəsidir xalqa?
Sizin, yoxsa İlham Əliyevin?
"Madəri-elmə söylənir Məryəmə söylənən tühəm
Elmin anası bir belə, cəhlin atası bir belə!"
Kim ayda 300 min dollar paket alan adamı AMEA-ya institut direktoru göndərdi? Kim Siyavuş Novruzovların, Hadı Rəcəblilərin elmlər doktoru almasına xeyir-dua verdi və nəyin qarşılığında? Dədəm Məmməd, siz, yoxsa İlham Əliyev?
Əlbəttə… siz!
Bəs onda nədən bu şeir epiqraf?
Dolayısıyla Azərbaycan cəmiyyətinə və İlham Əliyevə mesaj verirsiniz ki, “bu qəzetçilərin özlərinin fəhmü-zəkası yoxdur”, məni ittiham edəcək bir qəzetçi qalmayıb? Rauf Arifoğluylamı bitdi qəzetçilik? “Azadlıq” bağlanmaqlamı bitdi qəzetçilik? Vüqar Səfərli iləmi şantaj edirsiniz bizi, pulu ən “həssas yeri”ndə - gündəyməzinin üstündə saxladığını 2001-ci ildə etiraf edən Eynulla Fətullayevi özəlləşdirməyinizəmi güvənirsiniz?
Yoox, “doroqoy” Ramiz Enveroviç, küncdə-bucaqda yox, künclərə-bucaqlaracan qova-qova sındıra bilmədiyiniz o qədər parlaq "fəhmü-zəka" imzalar var ki!!! Sadəcə, Günəşi görməyən yarasalar kimi, mətbuatı kurasiyanı əliylə idarə etdiyiniz yarasalar onları görə bilmədi! Gördükləriniz özünüzkimilər oldu – baş yoxdu axı sizi necə qorumaq variantlarını tapsınlar, özünüz məcbur qalıb məhkəmələrdə “işverən”, “suka” “setka” ayamalı adamlar kimi, üçüncü dəfədir eşitdirirsiniz: “Ədalətdən söz düşmüşkən (burda vergül olmalıydı - A.C.) mən ilk açıqlamamdakı müraciətimi bir daha yada salmaq istəyirəm. Üzümü millət vəkillərimizə və media nümayəndələrinə tutaraq xatırladıram ki, karantin günlərində müxtəlif məclislər təşkil etməklə, inzibati xəta törədən və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən yüksək vəzifəli şəxslərin heç biri hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıb!”.
İndi bildinizmi niyə sizə “Pavlik Morozov” müraciətini rəva gördüm – hamını baqaja qoyarsınız bu “ədalət” arqumentinizlə! Ömür boyu bu əxlaqın yiyəsi olubsunuz! Heydər Əliyevlə də, İlham Əliyevlə də belə alver edibsiniz!
Sizsiniz ölkə üçün narahat olan? Sizsiniz düşünən ölkə üçün? Yazırsınız: “… təəssüflə qeyd etməliyəm ki, tanış olduğum rəylər və şərhlər məndə jurnalistlərimizin və ekspertlərimizin hələ də ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyünü, gələcəyini təhdid edən reallıqların mahiyyətini və miqyasını dərk edə bilmədiyi təəssüratını yaratmış oldu”.
"Mnoqouvajayemıy" Ramiz Enveroviç, ilyarımdır (siz hələ işdən çıxarılmamışdınız) yazıram, deyirəm, ölkə sürətlə müstəmləkə olmağa doğru gedir! Ölkədə 80 min azərbaycanlı var ki, Rusiya xüsusi xidmət orqanlarından maaş alır! Hələ İran "Ettelaat"ına, İsrail "Mossad"ına, erməni ASALAsına, kürd "PKK"-sına çuğulçuluq edənləri demirəm!
Sizin əlinizdə deyildimi tədbir görmək, konsepsiya hazırlamaq? – Təhlükəsizlik Şurasının üzvüydünüz və Prezident Administrasiyasının da rəhbəri! Nə oxuyurdunuz siz? Hər gün Moskva qəzetlərinin, radio-televiziyaların icmalını, ABŞ-da, Avropada Azərbaycanda tapdanan demokratik dəyərlərə və insan haqlarına görə səslənən tələblərə adekvat kombinasiya qurmaq, bir də təşkil etdirdiyiniz yazıların yayımına nəzarət – iradənizdən və istəyinizdən kənar bütün yazılar, çıxışlar sıfırlanır, məsləhət bildiyinizdə cəzalar tətbiq etdirir, istəyinizə “ləbbeyk” deyən fəhmü-zəkasız dümbələklər isə mütəmadi mükafatlandırılırdı!
“Azərbaycan mətbuatının və ictimai fikrinin ölkəmizin taleyüklü məsələlərinə nə dərəcədə həssas, obyektiv və təfəkkürlə yanaşdığını müəyyənləşdirmək üçün “Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür” adlı sonuncu məqaləmin doğurduğu müzakirələri diqqətlə izlədiyimi bildirmək istəyirəm”. – NƏ VARDI Kİ O MƏQALƏNİZDƏ? Növbəti dəfə Azərbaycan xalqına mütilik aşılamaq, Rusiyanın Azərbaycanı cəzalandıracağı ilə hədələmək və üstəlik də bunu sizə görə edəcəyini sətiraltı demək!?
Əlinizdə səlahiyyət varkən, heç bir təhlükənin qarşısını almadığınız halda, “keybalaxanımlıq” günahını – “günah keçisi”ni kimə nişan verirsiniz və kimi nişan verirsiniz?
Nə demək istəyirsiniz? Rusiyanı unutmayaq?
Bəs biz illərdir onu deyirik ki, Rusiya ilə münasibətləri o həddə çatdıraq ki, unudaq və unudaq Rusiyanı! Nə qədər bizi təhdid, təpki altında saxlayacaqsınız, ay Azərbaycanın “zərərdidə”, “təəssübkeş”, “dövlət adamı”?
Sizsiniz Azərbaycanın "təəssübkeş dövlət adamı" – bütün saxta seçkilərin mexanizmini tətbiq edən, bütün icra başçılarını kurasiya edən şəxs deyilsinizmi?
Azərbaycandakı bütün icra başçıları birbaşa sizin tabeliyinizdə olub! Siz idarə etmisiniz, siz təyin etdirmisiniz, siz qorumusunuz!
Elə deyil ki? Dədəm Məmmədə tabe olublar, ya İlham Əliyevə?
“Doğrudur, baş verənlərdə hər vəchlə şəxsim ətrafında yaradılmış ucuz şounu uzatmağa, ona daha çox tamaşaçı cəlb etməyə çalışan qaraguruhçuların, şəxsi bacarıqsızlığı ucbatından həyatda heç bir ciddi mövqe qazana bilməyib, bunun təqsirini məndə axtaranların da rolu az deyil. Özlərini gözə soxmaq, süfrə qır-qırıntısından pay almaq üçün dəridən-qabıqdan çıxan həmin şəxslər ictimaiyyətin diqqətini xalqımızın və dövlətimizin gələcəyi baxımından olduqca vacib olan məsələlərdən yayındırıb, onun başını nağıllarla qatmaqla xalqımıza böyük pislik edirlər. 20% torpaqları düşmən tapdağı altında olan, pandemiyanın doğurduğu sosial-iqtisadi çətinliklərlə mübarizə aparan bir ölkənin gündəmini Ramiz Mehdiyevin nəvəsinin məclisi ilə məşğul etməkdə maraqlı görünənlərin dövlətimizə dost olmadığı gün kimi aydındır”.
Siz o olmayan allahınız, siz o əziz bildiyiniz konstitusiyalar haqqı, doğrudan belə düşünürsünüz? Şəxsən mən kimin süfrəsinin qırağındakı tör-töküntüyə baxasıyam ki? İlham Əliyev hələ də prezidentdir, səhər, nahar və şam yeməyi əvəzinə, sayənizdə gündə üç öynə cənab Prezidenti tənqid edirəm!
25 İLDİR YORULMADAN... “diqqəti xalqımızın və dövlətimizin gələcəyi baxımından olduqca vacib olan məsələlərdən yayındırmağınızdan" yazıram e!
Siz yayındırıbsınız, “velikiy kombinator” Ramiz Ənvəroviç, siz yayındırıbsınız - telekanallarda düşük layihələrlə, artist-mütrüf, fəhmü-zəkası olmayan, cinsi azlıq nümayəndələrinə meydan verməklə, qəzetlərdə komploları yerləşdirməklə, siyasilərin ailə həyatına burun soxmaqla, yataq səhnələrini ictimailəşdirməklə!
Siz cavabdeh deyildiniz telekanallarda yayımlanan əxlaqsız, səviyyəsiz verilişlərə, siz təltifə layiq görmürdünüz? Dədəm Məmməd təqdim edirdi, hə? Onun kurasiyasında idi, o idi cavabdeh?
Hansı üzlə yazırsınız ki, "31 avqust 2020-ci il tarixli çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha hər kəsin qanun qarşısında bərabər olduğunu və kimliyindən asılı olmayaraq qanunları pozanların cəzalandırılacağını xüsusilə vurğulamışdır. Obyektivlik naminə qeyd etmək lazımdır ki, dövlət başçısı bu fikri hər zaman, xüsusilə də karantin rejiminin ilk günlərindən etibarən dəfələrlə səsləndirmişdir. Ancaq nədənsə qanunların icrasına gəldikdə məsul qurumlar və mətbuatımız pozuntulara xüsusi seçim qaydasında yanaşmağa üstünlük verirlər. Heç şübhəsiz ki, bu seçimin, bu “diqqətin” meyarları bütün cəmiyyətimiz kimi mənim üçün də qaranlıq qalır. İnanmaq istəyirəm ki, qanun keşikçiləri və qanunun aliliyi haqqında ağızdolusu danışmaq üçün bir-birilə qızğın rəqabətə girişmiş qələm sahiblərimiz və millət vəkillərimiz ölkə başçısının çağırışlarına qulaq verəcək, özlərində qətiyyət toplayaraq bütün günahkarları ifşa edə biləcəklər. Bu, Prezidentin onların qarşısında qoyduğu vəzifə və mənəvi öhdəlikdir. Dövlət başçısının tapşırıqları isə istisnasız, vaxtlı-vaxtında icra olunmalıdır”. – Siz, Ramiz Ənvəroviç, siz, hansı göstərişinə əməl etdiniz İlham Əliyevin? İqtisadi inkişaf proqramlarıyla bağlı, korrupsiya ilə mübarizə ilə bağlı? Hansına əməl etdiniz?
Dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycandakı korrupsiyadan, monopolistlikdən, oliqarx özbaşınalığından, məmur şiddətindən dad döyür!
“Dini mətnlərin bildirdiyinə görə, Adəmdən həzrəti Məhəmmədə qədər bəşəriyyətə minlərlə peyğəmbər göndərilib. Lakin onlar nəinki bütün insanlığı, bəzən heç ətrafındakı səhabələrini belə bütünlüklə islah etməyə müvəffəq olmayıblar”
Bu ifadələri və bu abzası doğrudan azərbaycanlı olmayan yaza bilər, necə ki yazıbsınız!
Əzizim, peyğəmbər nağılını o dünyada inkir-minkirə də yox e, cəhənnəmdəki yoldaşlarınıza danışarsınız!
Siz vəzifəli cavahdeh şəxs və konkret səlahiyyət yiyəsi olubsunuz – istədiyinizi atlandırıb atdan salmısınız! Nə nağıl danışırsınız?
Siz bilmirdiniz Zeynal Nağdəliyev kimdir?
Siz bilmirdiniz Taleh Qaraşov kimdir?
Siz bilmirdiniz İmran Hüseynəliyev kimdir?
Siz bilmirdiniz…
“Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib…”
Yalandır! Qıpqırmızı yalandır – sizi qane etməsəydi, bir qul oğlu qul, bir cariyə qızı cariyə “əməkdar jurnalist”, digər təltiflərə layiq görülməzdi, evlə mükafatlandırılmazdı! – tam əksrəyiyyəti şərəfsiz və ləyaqətsiz olan imzaları layiq görübsünüz! Xalqın taleyinə tüpürən, milli-mental dəyərləri ayaqlar altına atan, təslimçilik siyasətinə don geyindirənlərin hamısına ad, titul, kreslo, ev mükafat veribsiniz, hətta ərə verib, arvad yiyəsi etdikləriniz də olub – hamısının da adını qoyubsunuz "dövlətə xidmət", amma altında “Ilham Əliyevə sədaqət” meyar olub! Öz gələcəyinizi düşünübsünüz bu kombinatorluğunuzla – yəni, siz bu mükafatı İlham Əliyevi təbliğ və ona sədaqətə görə alırsınız! Dövlət və xalq sizin üçün önəm daşımayıb!
Hansı üzlə indi özünüzdən "svyataya deva mariya" düzəldirsiniz və niyə özünüzü küçümsəyirsiniz?
Əgər şərəf və ləyaqətinizi ləkələməyə, böhtana, təhqirə görə məhkəməyə veriləsi biri varsa bu ölkədə, o adam elə... sizsiniz, Ramiz Ənvəroviç! Özünüzə böhtan atmayın, özünüzü aşağılamayın, özünüzü təhqir etməyin, özünüzü küçümsəməyin!
Axı siz möhtəşəm idiniz!
Axı siz "vsemoquşşiy" idiniz!
Axı siz… anaları ağlar qoyurdunuz!
Axı siz ailələri dağıdırdınız!
Axı siz adamların arvadlarının videolarını yaydırırdınız!
Axı siz həbslər etdirirdiniz…
Axı siz qətllər təşkil etdirirdiniz..
Axı siz "əsl müxalifəti" və əl müxalifəti formalaşdırırdınız!
Axı siz Rusiyanın ordenli nümayəndəmizsiniz!
Bəs sizə əziz və dogma rus xalqı, erməni xalqı gələcəkdə nə deyər?
Götürüb bu üç məqalənizi paylaşarlar, deyərlər ki, "ara, tovariş", bu “malçik na pobequşkax” imiş ki! Bunun sözünə qoz qoyan yox imiş ki!
Özünüzə hörmət qoyun, a kişi… “onu da qeyd etməliyəm ki, bəzi şəxslərin bu məsələdə zaman-zaman mənə təklif etdikləri…”
Siz and verirəm Ulu Öndər, dahi rəhbər, görkəmli şəxsiyyət, müqtədir insan, müasir Azərbaycanın özünün və xalqının memarı Heydər Əliyevin ruhuna, doğrudan, bu ölkədə kimsədə o göt (dal və qabaq) olub sizə hansısa təklif versin, ya hüzurunuzda səsini çıxarsın??? Dolamısınız bizi istifadəyə yalnız təbii ehtiyacı ödəməyə yarayan orqanizm üzvünüzlə?
“… məni guya Qərbin aparıcı KİV-lərinin Bakıdakı ofislərini bağlamaqda, onların ölkəmizdəki fəaliyyətinə qadağa qoymaqda günahlandırırlar”
Dədəm Məmmədi günahlandırsınlar?
Ya dövlət xadimi deyilsiniz, vətənin, dövlətin, xalqın gələcəyi üçün narahat deyilsiniz, onda deyin də kim bağlatdırıb!
XVIII əsrdə II Yekaterinanın bütün oynaşlarını tanıyırsınız, burdan bura bilmirsiniz kim bağlatdırıb? Vətənə xidmət naminə deyin də adını… kimin səlahiyyətində olub?
“Xarici İşlər, Mədəniyyət, Təhsil, Səhiyyə, Milli Təhlükəsizlik sahələrinin öz rəhbərləri olduqları halda, oradakı bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir? Bu yanaşma kimin işinə yarayır?” – doğru deyirsiniz, o sahələrə rəhbərlik edən adamlar da elə sizin kimi "pavlikmorozov"lardır: onlarda cəsarət nə gəzir desinlər ki, kim onlara göstəriş verib! Yenə də “pavlikmorozovluq” edirsiniz, amma haqlısınız!
Ziyalılarla və ziyalılıqla bağlı vəzzariyyatınızın isə bir cavabı var: indiki durumu yaradan sizsiniz – öz komandanızla! Qoymadınız, zor gücünə tapdadınız bu toplumu, tank altına verdiniz, güllə qabağına verdiniz, həbs etdirdiniz, indi isə sitat gətirirsiniz: “hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”. (Rəd surəsi, 11-ci ayə). Əmin olun, bu mesaja ehtiyac yoxdur, biz çoxdan bilirik və siz Prezident Administrasiyasına rəhbər gələndən yazırıq bunu! Sizin bilməyiniz lazımdır ki, Allah hər şeyi görəndir, biləndir, siz boynunuza almasanız da! Orada yazı yazmaq söhbəti yoxdur, İlham Əliyevə dolayısıyla girmək də vəcə gəlməz! Şantaj, komplo da o cümlədən, hər kəsi öz xayalarından asarlar! Sizi də həmçinin... etdiklərinizə görə!
Ola bilər, siz Allahın erməni xalqının maraqlarına xidmət etməyə və rus xalqının azərbaycanlılara zülm üçün ayırdığı zəbanilərdənsiniz, bəlkə orda da cənnətə düşəcəksiniz, deyəmmərəm, amma day bəsdir bizə qurşaqaltı gəlməyiniz – filankəsləri tutmayıblar, filan işi mən eləməmişəm, mənim xəbərim olmayıb...
Bəsdirin, ayıbdır, ay Ağsaqqal, özünüzü bu qədər əskiltməyin!
Yekunda yazdığınız abzası təkrar verirəm:
“Yekunda mən yenə də diqqəti insan fitrətinin reallıqlarına yönəltmək istəyirəm. İstər cənab Prezident, istərsə də mən insan materialı ilə işləmişik. Heç birimiz xətalardan sığortalı olmamışıq. Nə keçmiş, nə də gələcək rəhbərlərin də heç birinin belə bir sığortası olmayıb və olmayacaqdır. İnsan qəlbinin incəlikləri, onun daxili niyyətləri, məqsəd və arzuları heç zaman heç kimə dəqiqliklə məlum ola bilməz. Ona görə də ixtiyarımızda olan kadrların arasından ən uğurlu seçimi etməyə çalışmışıq. Seçimimiz hər zaman uğurlu alınıbmı? Əlbəttə ki, yox!”
Ramiz Ənvəroviç, belə bir anekdot var: biri ərli qadınla onun öz evində görüşür, əri gəlir çıxır üstünə. Arvad tez bunu basır çarpayının altına. Kişi girir evə, oynaş görür ki, ilahi, bu nə boyda yekəpərdi, tutsa, bunu arvadının yerinə minib işlədəcək, səsini qısır. Bu dəm körpə uşaq da çarpayının altına girir və anasının oynaşına yaxınlaşır soruşur: "çöö, ne dışim da? A kak dışşal, a kak dışşal!"
İndi sizi də qısnayıblar çarpayının altına, adamlar o... anasının üstündə at kimi kişnəyən gördüyü kişidən soruşan uşaq kimi haqlıdır sizdən soruşsun: "çöö, ne dışşim da? A kak dışşal, a kak dışşal!"
Özü də az bizə "qəhbə qaxıncı" edin dəqiqəbaşı. Ki: “Cənab Prezidentin məni “Heydər Əliyev” ordeni ilə təltif edərkən dediyi sözləri nəzərə alsaq, mən öz vəzifəmi kifayət qədər məsuliyyətlə və uğurla yerinə yetirə bilmişəm”.
Əvvəla, bu ölkədə hansı orden nəyə və kimə verilir, onu gözəl bilirik, bu vətən üçün şəhid olan generalın adına Bakıda küçə belə verilmədi, bir metrostansiyası rəva görülmədi, bizə “kukuş” gəlməyin, ikincisi də, Sizin haqqınızda son sözü hələ İlham Əliyev - cənab Prezident deməyib, əleyhinizə danışanlar sizin bizə imza və deputat qayırdığınız fəhmü-zəkasız özünübilməzlərdir! Görünür, pis qayırmısınız!
Üçüncüsü də ki, o sözlərdən Əli İnsanov üçün də deyilmişdi, Fərhad Əliyev üçün də, Heydər Babayev üçün də, Fikrət Yusifov üçün də, Surət Hüseynov üçün də, Rövşən Cavadov üçün də!
Bu boyda yazıda doğru olan iki abzasınız var, amma bu doğrunu təsdiqləyəcək əməlləriniz də üzə çıxsa!
“Qəbul etdiyim qərarlar, atdığım addımlar, qələmə aldığım əsərlər mənə məxsusdur. Onların hamısı mənim irsim, mirasımdır.
Həmin irsin obyektiv qiymətini isə zaman özü verəcək.”
Üzə çıxsa deyirəm də - kim deyəcək ki? Arvadlarının intim kasetini seyfə qoyub deputat elədikləriniz? Ya korrupsiya əməlləri haqqında cinayət-axtarış idarəsinin yekun qətnaməsini alıb sağdıqlarınız?
Ya…
Ya…
Ya…
Ya… necə deputat qayrılmağını özü bilən Elman Nəsirov?
Doğrudan da, zaman gözləməyə ehtiyac yox, sizin "irsinizə" qiymət verildi - Siyavuşu, Qənirəsi, o birisi və sair - hansı ki adlarını yazıbsınız: sizin qayırdıqlarınızdır vətənə xidmət üçün və vətənə xidmət adıyla!
p.s. Sizi and verirəm Sözə və Qələmə, gələn dəfə kimsə sizin üçün yazanda, oxuyun diqqətlə (keçən dəfə də sizi pis vəziyyətdə qoymuşdular: "siyasi politoloq" - A.C.) - belə pis alınır e! Qəfil sizi yolda tutub soruşsalar "məşəri-nas" nəmənə şeydi, bilməzsiniz, əminliyindəyəm, çünki o söz apostrofla yazılır, siz ömrünüzdə apostroflu söz işlətməyibsiniz – Kommunist Partiyasının nizamnaməsində apostroflu sözlər olmayıb!
Anlata bilmədimsə, üzrlü sayın!
Amma etiraf edirəm, siz danışanda (yəni yazanda) gözəl yazırsınız (ya da sizin əvəzinizə yazırlar)! Seneka kimi…
Seneka dövlətçilik haqqında ilk nəzəri əsərin müəllifidir, onu da sizin kimi gətirib prezident administrasiyasına rəhbər qoyurlar, altı aydan sonra görürlər ki, korrupsionerə, oliqarxa dönüb, soruşurlar bu nətəri oldu bəs? Deyir mənim yazdığım nəzəriyyədi, yaşadığım praktika!
Ondan geri qalmırsınız…
Sonda sizdən bir xahiş edim: az bu “əsl müxalifət” deyib qoltuğuna qarpız verdiklərinizin, müxalifətə hamilə qoyduğunuz bicbalaların dəstəyinə bel bağlayın: çoxdan ifşa olunmuş, qarpızsatan, baştutan, işverən olmaqları bəllidir xalqa. İlham Əliyevi ayrı adla şantaj edin. İlham Əliyev nəyi bilməsə də, müxalifətdə kimləri yemləmək adıyla aldığınız və dalından dəydiyiniz pulların qədərini bilir!
"Obşiy kotyoldan" gedib! Arada adlarını ona görə çəkir… çıxışlarında!
Mənə yaraşmaz sizə məsləhət verim, amma hər halda sizin də diqqətinizdən yayınan məsələlər var – yaşdan da ola bilər!
ƏN SONDA: İkinci dəfə hakimiyyəti ələ almaq ancaq Heydər Əliyevin missiyası idi! Ağlınıza gətirməyin – bir də gördünüz, qəfil təcili yardım maşını gəldi: qonşular şikayət edəcək ki, qonşu ağrıdan qışqırır, məlum olacaq ki, ayağınızın "təcili əməliyyata ehtiyacı var", o əməliyyatdan da ayağınız sağ çıxacaq, özünüz yox!
Dinməz oturun – nə bizim başımızı xarab edin, nə də iqtidarın: şantajlarınızla, təhdidlərinizlə, hədələrinizlə!
Rusiya ilə özümüz bacararıq, az bizi qorxudun, sizinlə bacarmadıq!
Cənab Prezident İlham Əliyevə isə... sizi çarpayı altına salmağa görə minnətdar olmağa dəyər – nə qədər miskin və kinli, eyni zamanda "pavlikmorozov" olmağınıza tamaşa etmək... doğrudan da, həzz verir! Özümü Kim Qardaşyanla kayfda hiss edirəm, az qala qışqıram ki: Yaşasın İlham Əliyev!
s.a. əminəm: üstünüzə ciddi bir faktla gəlsələr, 2003-cü ilin yanvarından oktyabrın 16-na qədər "nastolnıy kalendar" buraxacaqsınız vikiliks formatında!
Aydın Can
Teref.az