Britaniya kraliçasının ağır psixoloji sarsıntı keçirdiyi bəlli oldu...
3-09-2020, 09:23

Yüzillərdir dünyaya hökmranlıq etməyə çalışan güclərdən birinin başında duran Böyük Britaniya Kraliçası II Yelizavetanın ciddi bir ruhi xəstəlik keçirdiyi bilinib.
Moderator.az xəbər verir ki, "The Sun” nəşrinin yaydığı məlumata görə, bu haqda Vendi Holdenin "Mürəbbiyə" adlı yeni bioqrafik kitabında bəhs edilib.
Uşaqlıqda kraliça panik ataklar (çox vaxt heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halı) keçirib. O, zəhlətökən vəsvəsə və düşüncələrdən əziyyət çəkib. Bunu kraliçanın mürəbbiyəsi Merion Krouford fərq edib.
“O, obsessiv-kompulsiv pozuntudan əziyyət çəkirdi. Elizaveta özünü təhlükəsiz hiss etmək üçün karandaşlarını mükəmməl düz xətlə düzməyə vərdiş etmişdi ” -deyə xidmətçi nəql edir.
Kitabda gələcək kraliçanın uşaq və yeniyetmə dövründə ayaqqabılarını və paltarlarını qaydaya salmaq üçün gecələr bir neçə dəfə oyana biləcəyi də qeyd olunur.
Merion Krouford - şotland mürəbbiyə olub. O, kral VI Georq və həyat yoldaşı Elizavatanın uşaqları – şahzadələr Elizaveta və Margaretə dərs verib. 1950-ci ildə M. Krouford sarayın istəyinə zidd olaraq kral ailəsindəki xidmətindən bəhs etdiyi "Kiçik şahzadə xanımlar" kitabını nəşr etdirib. Kitab nəşr olunduqdan sonra kral ailəsinin üzvləri Krouford ilə bütün əlaqələrini sonsuza qədər kəsiblər.
Sultan Laçın