Müdafiə naziri: Smartfon bir çox insanın ən böyük düşmənidir

3-09-2020, 11:24           
Müdafiə naziri:
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu mobil telefonu bir çox insanın əsas düşməni adlandırıb.



TED.az xəbər verir ki, o bunu yerli mediaya verdiyi müsahibədə masanın üstündəki smartfona işarə edərək deyib.



Nazir bildirib ki, bu gün bir çoxları real həyatlarını əvəz edən qacetlərə görə, "qısa və məhdud şəkildə" yaşayırlar.



“Qacetlər və əksər vaxt tamamilə lazımsız məlumat axını sayəsində bizə elə gəlir ki, təlaş içində yaşayırıq. Amma əslində, yox. Biz sadəcə bir anlıq informasiya məkanında yaşayırıq", - deyə S.Şoyqu qeyd edib.



Şoyqu rusları lazımsız məlumatlardan imtina etməyə və ölkəni öz gözləri ilə görməyə çağırıb.



Qeyd edək ki, 2018-ci ilin fevralında Amerikalı elm adamları radiasiya istifadə edən mobil telefonların insan sağlamlığına zərər vermədiyini bildiriblər. Bir il əvvəl isə Kaliforniyadan olan mütəxəssislər yatarkən telefonu yaxınına qoyan insanlarda xərçəng yarandığını və sonsuzluq təhlükəsinin artdığını vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru