"Nəvə toyu"nda iştirak edən daha bir vəzifəli cəzalandırıldı

3-09-2020, 16:13           
"Nəvə toyu"nda iştirak edən daha bir vəzifəli cəzalandırıldı
AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

Teref.az Bakıpost.az-a istinadən xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru