Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı

3-09-2020, 16:32           
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun yeni tarixi romanı çap edilib. "OLAYLAR" xəbər verir ki, yazıçının bu dəfəki romanı Böyük Monqol İmperiyasının banisi Çingiz xana həsr olunub. Romanda Çingiz xanın həyatı, keçdiyi döyüş yolu, yaratdığı imperiyanın dünyaya necə səs-soraq salması, eləcə də Çingiz xana qarşı müttəfiqlik edən qüvvələr barədə oxucular ətraflı məlumat əldə bilərlər.

"Xan" mətbəəsində işıq üzü görən "Çingiz xan" adlı kitaba ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yazıb.

Qeyd edək ki, bundan əvvəl Yunus Oğuz Əmir Teymur, Nadir şah, Təhmasib şah və digər tarixi qəhrəmanlar, sərkərdələr barədə tarixi romanlar yazıb. Yazıçının əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. Ümumilikdə Yunus Oğuzun 23 ölkədə 47 kitabı dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru