Aslan İsmayılov: ““Haradadır Sizin Allahınız, mən onu görmürəm”” deyən” hakimiyyət nümayəndələrinin...”

4-09-2020, 22:35           
Aslan İsmayılov: ““Haradadır Sizin Allahınız, mən onu görmürəm”” deyən” hakimiyyət nümayəndələrinin...”
Hüquqşünas Aslan İsmayılov Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirməsinə münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, A.İsmayılov deyib: “İllərdir, müsəlman ölkəsi olan Azərbaycanda Gəncə zonasında yaşayan dindarlardan düşmən, ekstremist obrazı yaradıb onları həbsxanalara dolduran hakimiyyət təmsilçilərinin davranışına və bu gün Gəncədə Prezidentin köməkçisi Anar Ələkbərovun dindarlarla görüşünə, onlara dediklərinə diqqət yetirin. Gəncədə Məscidə ayaqqabılı girib "Haradadır Sizin Allahınız, mən onu görmürəm" deyən hakimiyyət nümayəndələrinin əvəzinə bu gün ölkədə din və dindarlarla bağlı görülən işlərdən hesabat verənlərin fərqini görün. Bu cür ciddi dəyişiklikləri görməyənlər, sadəcə, yaxşı heç nəyi görmək istəməyən, hər şeyi qara rəngdə görənlərdir...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru