Azərbaycanın FETÖ-sü RAMO-dur

8-09-2020, 09:52           
Azərbaycanın FETÖ-sü RAMO-dur
“Türkiyədə paralael dövlət Fətullah Gülən idi, yəni FETÖ, Azərbaycanda da RAMO-yəni Ramiz Mehdiyev”.

Bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu səsləndirib.

2013-ün dekabrında Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana qarşı hakimiyyət içindən qurulan məlum əməliyyatlardan sonra paralel dövlət ( derin devlet) anlayışı meydana çıxmışdı. Məlum olmuşdu ki, qardaş ölkədə hakimiyyət içində paralel hakimiyyət quranlar var və onların lideri ABŞ-da yaşayan Fətullah Güləndir. Məhz bundan sonra Türkiyədə siyasi terminlər sırasına “FETÖ” gəldi. Azərbaycanın da ”Fətullah Güləni" Ramiz Mehdiyevdir.

Ramiz Mehdiyev son günlər yazdığı məqalələri ilə özünü prezidentlə, peyğəmbərlə allahla bərabər tutub. Bu adam özünü məsuliyyətdən yayındırmaqdan ötrü ölkədə baş verənələrdə əlinin olmadığını, öz səlahiyyətləri daxilində hərəkət etdiyini, digər tərəfdən də prezidentdən sonra ikinci adam olduğunu iddia edir.Ölkədə prezidentdən sonra ikinci adam vitse-prezidentdir.Sən niyə kənara çəkilmirsən? Öz yazıları ilə özü-özünü təkzib edir.Bilirsinizmi, alçaldılmış insanların intiqamı çox ağır olur. Ramiz Mehdiyev vəzifə verdiklərini, təyin etdiyi deputatları alçaldıb sonra mandat verirdi. İndi Ramiz Mehdiyev yıxılıb, o adamlar onun qanını içməyə hazırdılar.Ramiz Mehdiyevin tərəfini tutanlar da , onun qanını içməyə hazır olanlar da xaricdən idarə olunur, hətta eyni mərkəzdən. Türkiyədə paralael dövlət Fətullah Gülən idi, yəni FETÖ, Azərbaycanda da RAMO-yəni Ramiz Mehdiyev”,- deyə Sərdar Cəlaloğlu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru