Erməni hərbçilərin məlumatları ƏLƏ KEÇİRİLDİ

9-09-2020, 08:28           
Erməni hərbçilərin məlumatları ƏLƏ KEÇİRİLDİ
Azərbaycanlı hakerlərin Qarabağ ermənilərinin sosial şəbəkə profillərini dağıtdığı bildirilib.

Qazet.az xəbər verir ki, bu iddianı erməni mediası qondarma qurum “rəsmi”lərinə istinadla yayıb.
Qeyd edilir ki, azərbaycanlı hakerlər çoxsaylı Qarabağ ermənisinin şəxsi foto və məlumatlarını ələ keçiriblər.

Hücum edən haker qrupunun Azərbaycanın xüsusi xidmət orqanlarına aid olduğu iddia edilib. Çünki şəxsi məlumat və fotoları ələ keçirilənlərin böyük əksəriyyətinin hərbçilər olduğuna diqqət çəkilib. Belə ki, Ermənistan hakimiyyəti erməni hərbçilərə diqqətli olmaq və şəxsi məlumatları qorumaq çağırışı edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru