İlon Mask dünyanın ən varlı beş adamı siyahısından çıxdı – Son gündə 16,3 milyard dollar itirdi

9-09-2020, 10:47           
İlon Mask dünyanın ən varlı beş adamı siyahısından çıxdı –
Amerikalı təşəbbüskar, ixtiraçı və Tesla və SpaceX-in qurucusu İlon Mask son gündə 16,3 milyard dollar itirib və bununla da dünyanın ən zəngin ilk beşliyini tərk edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Bloomberg agentliyi yayıb.

Mənbə bildirir ki, milyarderin sərvəti indi 82.2 milyard dollardır. Bu da altıncı sıraya uyğundur.

Milyarderin sərvətindəki bu qədər kəskin azalmaya Tesla səhmlərinin düşməsi səbəb olub. Çərşənbə axşamı elektrikli avtomobil istehsalçısının səhmləri dəyərinin beşdə birini itirərək 21.06% azalaraq 330.21 dollara düşüb.

Hələ 1 sentyabrda səhmləri 498 dollardan çox olub.

Sıralamada birinci yerdə 186 milyard dollarlıq sərvəti ilə Amazonun başçısı Jeff Bezos qalır.

İkinci yerdə Microsoft-un qurucusu Bill Qeyts (121 milyard), üçüncü yerdə isə Facebook-un qurucusu Mark Zuckerberg (103 milyard dollar) qərarlaşıb.

Dördüncü yer “Louis Vuitton Moët Hennessy” qrupunun prezidenti Bernard Arnaulta (85,5 milyard dollar), beşinci yer isə sərvəti 82,4 milyard qiymətləndirilən investor Uarren Baffettə qismət olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru